Neftçi” 1-ci təsnifat mərhələsində final oyununa çıxacaq
Qadın futbolçulardan ibarət “Neftçi” komandası bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində final oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.
Yarımfinalda Monteneqronun “Buduçnost” komandasını üstələyən “Neftçi” ilə “Hapoel”ə (Yerusəlim, İsrail) qalib gələn PAOK-un dueli saat 19:30-da başlayacaq.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi 2-ci təsnifat mərhələsinə yüksələcək.
25 iyul
19:30. PAOK (Yunanıstan) – Neftçi (Azərbaycan)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
Veria Munisipal Stadionu