"Hər kəs sabah əlindən gələni edəcək"
– Valdas Dambrauskas
“Sabah” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında avqustun 11-də Danimarkanın “Orhus” komandasını qəbul edəcək.
Sportliqa.az xəbər verir ki, oyundan bir gün əvvəl “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis oyunçularının hər birinin sağlam olduğunu bildirib:
“Orhus”a “xoş gəldin” demək istəyirəm. İnanıram ki, Danimarkadakı nəticə hər iki komanda üçün həyəcanvericidir. Çünki bir topluq fərq elə də böyük deyil. Doğma azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Oyunçularımın hər biri sağlamdır. Hər kəs sabah əlindən gələni edəcək ki, mərhələni adlayan tərəf biz olaq”.
“Sabah” – “Orhus” matçı saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. İlk oyun danimarkalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.(komanda.az)