"Sabah"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqib müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, bu, "Hapoel" (Ber-Şeva) olub.
İsrail təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Srvena Zvezda"ya (Serbiya) 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında ilk görüşdə də "Hapoel" qələbə qazanmışdı - 1:0. Beləliklə, sözügedən kollektiv pley-offda "Sabah"la qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az