“Sabah”ın pley-off oyunu “Tofiq Bəhramov”da keçiriləcək
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın İsrailin "Hapol"lə (Ber-Şeva) klubu ilə oyunlarının vaxtı və məkanı açıqlanıb.
Sportliqa.az xəbər verir ki, komandaların ilk qarşılaşması avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki.İsrail klubları Yaxın Şərqdə davam edən münaqişə səbəbindən avrokuboklardakı ev oyunlarını neytral meydanda keçirirlər.
Komandalar arasında cavab matçı isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:45-də başlayacaq. Masazırdakı "Bank Respublika Arena" UEFA-nın 3-cü dərəcəsinə aid olduğuna görə "Sabah" pley-off matçını orada keçirə bilmir.
Artıq ən azı Avropa Liqasının Liqa mərhələsini təmin edən "Sabah"ın növbəti oyunlarını isə harada keçirəcəyi hələlik dəqiqləşməyib. Klubunun mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, qarşıdakı günlərdə komandanın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşəcək.