“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Hapoel”lə (Beer-Şeva, İsrail) qarşılaşma üçün Rumıniyaya yola düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat verilib.
“Sabah”la “Hapoel” arasında ilk oyun avqustun 19-da, Rumıniyanın paytaxtı Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək. Oyun saat 23:00-da başlayacaq.
Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az