“Borussiya” Yunanıstan millisinin üzvünü heyətinə qatıb
– RƏSMİ
Dortmund "Borussiya"sı heyətinə daha bir futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi məlumat yayıb.
Yunanıstan millisinin üzvü Yannis Konstantelias PAOK-dan transfer olunub.
23 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulur.