"Turan" "Fənərbağça"ya məğlub olub
"Turan" voleybol klubunun Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Tovuz təmsilçisi İstanbulda Türkiyənin ən köklü klublarından biri olan "Fənərbaxça" ilə qüvvəsini sınayıb. Burhan Felek İdman Kompleksində baş tutan gərgin qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Matçda setlərin hesabı 25:20, 25:18, 24:26 və 25:18 olub.
Qeyd edək ki, bu görüş "Turan"ın qarşıdakı mövsümə və CEV Çempionlar Liqası matçlarına hazırlığı çərçivəsində keçirilib. Yunanıstandakı hazırlıqlardan sonra İstanbula yollanan voleybolçularımız bu yoxlama oyunu ilə toplanışın mühüm mərhələsini geridə qoyublar.