Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzub
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Albaniyanın Rroqojinə şəhərində İrlandiya ilə keçirilən B Liqasının matçı rəqibin 16:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti matçlarını oktyabrın 1-də Kosova, oktyabrın 4-də isə Albaniya yığmasına qarşı keçirəcək.