Niderland millisinin və “Liverpul”un hücumçusu Kodi Qakpo UEFA Millətlər Liqasının 2-ci turunda Serbiya ilə oyunda zədələnib.
Sportliqa.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşılaşmanın 17-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
Qakpo beynəlxalq fasilə çərçivəsində Niderland millisinin Yunanıstan və Serbiya ilə keçirəcəyi növbəti oyunlarda iştirak etməyəcək. Futbolçu yaxın günlərdə bərpa prosesi üçün “Liverpul”un düşərgəsinə qayıdacaq.