"Real Madrid"in ulduzu Vinisius Junior açıqlama verib.
Sportliqa.az xəbər verir ki, braziliyalı vinger uzun müddətdir adı "kral klubu" ilə hallanan Kilian Mbappe ilə birlikdə oynamaq istədiyini deyib:
"Komandada hər kəs Mbappe ilə birlikdə oynamaq istəyir. Ümid edirəm ki, bir gün reallaşacaq. Dövrümüzün ən yaxşı futbolçularından biridir, bəlkə də ən yaxşısı. Mbappenin özünə məxsus səviyyəsi var".
Vinisius gələcək karyerasından da danışıb: "Bütün kareyram ərzində "Real"da qalmağa hazıram, amma atama bir gün "Flamenqo"ya qayıdacağımla bağlı söz vermişəm. Sözümə hörmət etməliyəm".
2018-ci ildən "Real Madrid"də oynayan 24 yaşlı futbolçu bu müddət ərzində keçirdiyi 232 oyunda 62 qol vurub, 65 məhsuldar ötürmə edib.