"Sabah" "Hapoel"ə məğlub oldu
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da meydana bu gün çıxıb.
"Bayquşlar" Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşıb. Matç "Hapoel"in 2:1 hesablı qələbəsi ilə bitib.
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
18 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00."Hapoel" (Beer-Şeva, İsrail) - "Sabah" (Azərbaycan) - 2:1
Qollar: Velko Simiç, 6 (0:1), Javon İst, 43 (1:1), İqor Zlatanoviç, 79 (2:1)
Baş hakim: Davide Massa (İtaliya)
Buxarest. "Culeşti" stadionu