“LANDAU Lions” basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, yerli basketbolçu ilə müqavilənin müddəti 1 ildir.
O, bu yay U-18 və U-20 yığmalarının heyətində Avropa çempionatının B divizionunda uğurlu çıxışı ilə yadda qalıb.
Abdullayev ötən mövsüm gümüş medal qazanan komandanın heyətində yer alıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az