"Lids Yunayted"də yeni müqavilə
“Lids” klubu hücumçusu Brenden Eronson ilə müqavilənin müddətini uzadıb.
Sportliqa.az xəbər verir ki, ABŞ millisinin üzvü ilə yeni anlaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.
25 yaşlı futbolçu 2022-ci ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, karyerası ərzində “Filadelfiya” (ABŞ) və “Zalzburq” (Avstriya) klublarında da çıxış edib.