Uruqvay millisinin hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında komandasını dəyişib.
Sportliqa.az xəbər verir ki, 27 yaşlı futbolçu "Əl-Hilal"dan "Əl-Diriyyə" keçib.
Bu barədə onun yeni klubu rəsmi məlumat yayıb. Nunyes "Əl-Diniyyə" ilə 1 illik icarə müqaviləsi bağlayıb.
Qeyd edək ki, bu ilin yanvar ayından Nunyes "Əl-Hilal"da oyuna çıxmır. Kərim Benzemanın transferindən sonra legioner limiti səbəbindən Darvinin adı yerli çempionat üçün sifariş vərəqəsindən çıxarılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az