Futbol üzrə İran çempionatında üçüncü turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, “Traktor” öz meydanında “Persopolis”i qəbul edib.
Matç Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 90-cı dəqiqədə Tomislav Strkalj vurub.
Bununla da, “Traktor” çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Təbriz klubu hazırda 9 xalla “İstiqlal”la birgə çempionatın şərikli lideridir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az