Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Mehriban Şahməmmədova karyerasını Türkiyədə davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqasında çıxış edən “Kocaeli” klubuna transfer olunub. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.
Xatırladaq ki, Mehriban Şahməmmədovanın son klubu Türkiyənin ALG komandası olub. O, 2024-cü ildən Azərbaycan millisində çıxış edir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az