Azərbaycan futboluna ağır itki üz verib.
Sportliqa.az xəbər verir ki, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. Bu haqda Gəncə klubunun mətbut xidməti məlumat yayıb.
52 yaşında gözlərini əbədi yuman M.Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. O, “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.
M.Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.
"Kəpəz" mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az