
"Barselona" "Mançester Yunayted"də heyətə düşə bilməyən Ceydon Sançonu rənglərinə bağlamaq istəyir.
Sportliqa.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Qeyd edilib ki, katalonlar 23 yaşlı vingerin agenti ilə danışıqlara başlayıb. "Barsa" qış transfer pəncərəsində ingilis futbolçunu 6 aylıq icarəyə götürmək istəyir.
Sanço bu mövsüm "qırmızı şeytanlar"da cəmi 3 oyun keçirib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.