
Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi ilə komandanın müdafiəçisi Səid Benrahma arasında qalmqal yaşanıb.
Sportliqa.az xəbər verir ki, buna səbəb İngiltərənin “Vest Hem” klubunda çıxış edən futbolçunun Misirlə matçda əvəzlənən zaman çalışdırıcını saymaması olub.
Belə ki, görüşün 63-cü dəqiqəsində Benrahma meydandan çıxarkən Cemal Belmadini görməzdən gəlib. Bu da baş məşqçini özündən çıxarıb. Nəticədə çalışdırıcı futbolçunun yaxasından tutaraq onu vurmaq istəyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.