17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan millisi Avropa çemponatının seçmə mərhələsində son oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib.
Millinin qolunu 51-ci dəqiqədə Tuncay Əhmədov vurub.
Qeyd edək ki, U-17 daha əvvəl Serbiya yığmasına 1:5, Sloveniyaya isə 0:3 hesabı ilə uduzub.