Azərbaycan idmançılarının 2026-cı ilin noyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Sportliqa.az xəbər verir ki, xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qazaxıstanın paytaxtı Astanadakı dünya çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (470 xal) birinci pilləyə yüksəlib.
Bakıdakı dünya çempionatında qızıl mükafata sahib çıxan cüdoçu Əhməd Yusifov (440) ikinci, Astanadakı mundialda bürünc medal qazanan sərbəst güləşçi Giorgi Meşvildişvili (410) üçüncü olub.
Növbəti sıralarda cüdoçu Zelim Tçkayev (400 xal), yunan-Roma güləşçisi Nihat Məmmədli (395), cüdoçu Uşanqi Kokauri (360), yunan-Roma güləşçisi Sənan Süleymanov (350), sərbəst güləşçi Əli Tsokayev (350), boksçu Səidcəmşid Cəfərov (350) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (350) yer alıblar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az