
AFFA-nın Avropa çempionatının seçmə mərhələsində Estoniyaya səfərdə 2:0 hesabıyla qalib gələn Azərbaycan millisinin üzvlərinə verdiyi mükafat məlum olub.
Sportliqa.az Sportinfo.az-a istinadən xəbər verir ki, federasiya tərəfindən bu qələbə kifayət qədər yüksək qiymətləndirilib.
Belə ki, qurum Tallindən 3 xalla dönən komandanın oyunçularına 30 min manat ödəmə edib.
Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda qrupda 4-cü yerdədir. 4 xalı olan yığmamız turnir cədvəlində yalnız Estoniyanı qabaqlayır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması