“Səbail”in portuqaliyalı yarımmüdafiəçisi Pedro Nuno Azərbaycan Premyer Liqasının 11-ci turunun “Zirə” ilə oyunundakı heç-heçədən (2:2) sonra paylaşım edib.
Sportliqa.az xəbər verir ki, həmin matçda dublla yadda qalan portuqaliyalı instaqram səhifəsində bunları yazıb:
"Qələbə qazanmaq istəyirdik. Ancaq yenə də güclü rəqibdən bir xal ala bildik. Mən də vurduğum iki qola görə xoşbəxtəm. Davam edirik".
28 yaşlı futbolçu yayda "Adanaspor"dan ayrılaraq "Səbail"ə keçmişdi. Onun müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.