"Zirə"nin futbolçusu Stefan Aka Rumıniya mətbuatına müsahibə verib.
Sportliqa.az xəbər verir ki, afrikal müdafiəçi Azərbaycandakı karyerasından söz açıb:
"İşlərim yaxşı gedir. Xoşbəxtəm, demək olar, çox oyunda iştirak edirəm və çempionatda birinci sıradayıq. Bakı gözəl və ucuz şəhərdir. Krayova ilə Bakının müqayisəsi? Krayova bir qədər ucuzdur".
33 yaşlı müdafiəçi bu ilin yayından "Zirə"də forma geyinir. O, Premyer Liqada 7 oyunda meydana çıxıb.