AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, bu gün baş tutan toplantıda Premyer Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
28.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
28.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32)
29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Sumqayıt” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 51.2);
29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 36.5);.
29.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Neftçi” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
30.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
30.10.2023-cü il tarixində Misli Premyer Liqasının XI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);