
Cümə axşamı Leverkuzendə “Bayer04”ə uduzan “Qarabağ” növbəti məğlubiyyətini Bakıda aldı. Son ölkə çempionu debütant “Araz-Naxçıvan”la qarşılaşmada proqnozları alt-üst etdi – 1:2.
Sportliqa.az xəbər verir ki, matç başa çatandan sonra meydana əsas heyətdə çıxan Hamidu Keyta Sportinfo.az-a qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“Cari mövsümdə uğursuz oyunlarımızdan birini keçirdik. Üç gün əvvəl Almaniyada ağır oyun keçirmişdik. Bəlkə də bu məqamın və yol yorğunluğunun müəyyən təsiri oldu. Amma məğlubiyyəti sırf bununla əlaqələndirib, bəhanə göstərmək istəmirəm. Fakt budur ki, bacardığımızdan aşağı səviyyədə oynadıq və məğlub olduq. Rəqibin hədsiz istəkli olduğunu da qeyd etməliyəm. Başa düşürəm, bizə ümidlər böyükdür. “Araz-Naxçıvan”la görüşdə gözləntiləri doğrulda bilmədik. Qarşıda çox oyunlarımız var. Çalışacağıq bu ssenari bir daha təkrar olunmasın. Bundan sonra azarkeşlərimizi qələbələrlə sevindirməyə köklənəcəyik”.
“Qarabağ” 11 turdan sonra “Araz-Naxçıvan”la birgə topladığı 20 xalla lider “Zirə”dən 1 xal geri qalır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması