
«Neftçi»nin sabiq baş məşqçisi Roberto Bordin «ARB24» kanalına müsahibə verib.
Sportliqa.az xəbər verir ki, 2018-2020-ci illərdə paytaxt klubunu çalışdırmış italiyalı yenidən Azərbaycana qayıtmaq istədiyini bildirib.
Yaxınlarda «Şerif»dən ayrılan 58 yaşlı mütəxəssis Premyer Liqamızı yaxından izlədiyini, keçmiş komandasının çıxışını diqqət mərkəzində saxladığını söyləyib.
Bordin şeyd edib ki, Moldova klubundan ayrılandan sonra bütün təkliflərə açıqdır və təkrar ölkəmizə dönməyə hazırdır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması