Voleybol üzrə “Xarı Bülbül Şuşa” klubu “Çelenc kuboku”nda mübarizəni davam etdirir.
Sportliqa.az xəbər verir ki, ilk turda Slovakiyanın “TJ Spartak MYJAVA” klubunu üstələyərək 1/16 finala yüksələn Şuşa təmsilçisi bu mərhələdə Yunanıstanın “Panathinaikos ATHENS” komandası ilə qarşılaşacaq.
Cütün ilk matçı noyabrın 21-də Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.
Komandalar arasında ikinci oyun isə noyabrın 29-da olacaq. “Xarı Bülbül Şuşa” səfərdəki cavab matçına Bakı vaxtı ilə saat 20:00-də çıxacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az