Abşeron Olimpiya İdman Kompleksində 14 yaşadək yeniyetmələr arasında 7-8 noyabrda cüdo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.
Sportliqa.az xəbər verir ki, yarışda 73 klub və idman cəmiyyətindən ümumilikdə 483 cüdoçu iştirak edəcək.
İdmançılardan 417-si oğlan, 66-sı isə qızdır.
Yeniyetmələr 18 çəki dərəcəsində mübarizə aparacaqlar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az