
"Qarabağ" futbol klubunun akademiya rəhbəri olmuş Serpil Hamdi Tüzünün səhhətində problem yaranıb.
Sportliqa.az xəbər verir ki, 84 yaşlı mütəxəssis bu gün xəstəxanaya yerləşdirilib.
Tüzünün bir vaxtlar baş məşqçi və məşqçi kimi işlədiyi "Beşiktaş" klubunun yaydığı açıqlamada bildirilib: "Keçmiş baş məşqçimiz və sistemimizin memarı olan Serpil Hamdi Tüzünün xəstəxanaya yerləşdirildiyini təəssüflə öyrənmiş durumdayıq. Serpil Hamdi Tüzüna keşmiş olsun deyir, şəfa diləyirik".
Qeyd edək ki, Serpil Hamdi Tüzün 2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində "Qarabağ"ın akademiyasının rəhbəri işləyib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması