Ötən ilin dekabrında «Səbail»dən ayrılan Mahmud Qurbanov «Kəpəz»ə qayıtmağa çox yaxındır.
Gəncə təmsilçisi şəhərin ən tanınmış futbolçularından olan yetirməsinə şans tanımaq niyyətindədir. Klub rəhbərliyi 12 ildən sonra onun dönüşünə «yaşıl işıq» yandırıb.
Başqa sözlə, Azər Məmmədova vaxt verilib. Mövsümlərarası fasilədə Tərlan Əhmədovdan boşalan vəzifəyə gətirilən gəncəli mütəxəssis qışadək komandanı mövcud vəziyyətdən çıxarmalıdır.
Əks halda, onunla yollar ayrılacaq.
Vaxtilə futbolçu kimi də «Kəpəz»in formasını geyinmiş Məmmədov vaxtından əvvəl buradan ayrılmaq istəmirsə, qarşıdakı turlarda minimum 3-4 qələbə qazanmalıdır.
Bunu da edə bilməsə, müqaviləsinə birtərəfli qaydada xitam veriləcək.
Qərb təmsilçisi Premyer Liqanın ilk 11 həftəsində 1 qələbə qazanıb. Açılış turunda «Neftçi»yə 1:0 hesabıyla qalib gələn «sarı-göylər» növbəti qarşılaşmalarda 7 məğlubiyyətlə üzləşib. 6 xalla turnir cədvəlinin axırıncı - 10-cu yerdədirlər.
sportinfo.az