
Ötən ilin yayından ”Neftçi”nin formasını geyinən Kenni Sayeflə maraqlanan klubları adları məlum olub.
Sportliqa.az xəbər verir ki, yarımmüdafiəçi birdən-birə Belçikadan iki komandanın ”radar”ına düşüb. Bunlar ”Sent-Truden” və ”Loren”dir.
”Yupiter Pro Liqa”nın iştirakçıları ona 2 illik müqavilə təklif edib. Sadəcə, onlar Bakı təmsilçisinə təzminat ödəmək fikrində deyil.
Yəni, Sayef yenidən Belçikaya qayıtmaq istəyirsə, ”Neftçi” rəhbərliyi ilə özü anlaşmalı, azad agent statusu almalıdır.
2 illik sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi vaxtından əvvəl Azərbaycandan getmək niyyətindədir.
İsrailli vinger belə bir fikirdə olduğunu həm klub rəsmilərinin, həm də baş məşqçi Adrian Mutunun diqqətinə çatdırıb. O, karyerasını Avropada davam etdirməyi planlaşdırdığını deyib.
ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu Belçikadan təklif aldığını söyləyib.
Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.
İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
sportinfo.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması