İsrail milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin matçlarını hansı stadionda keçirəcəyi açıqlanıb.
Sportliqa.az UEFA-ya istinadən xəbər verir ki, adıçəkilən milli rəqiblərini evdə qəbul edə bilmədiyindən onlarla Macarıstanın Felçsut şəhərində yerləşən "Panço Arena"da qarşılaşacaq.
Xatırladırıq ki, İsveçrə millisi ilə görüş noyabrın 15-də, Rumıniya millisi ilə matç isə noyabrın 18-də baş tutacaq.
UEFA-nın qərarına əsasən hər iki matçda da azarkeşlər stadiona buraxılacaq.
Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA birincilərin ev oyunlarını neytral meydanda keçirilməsinə qərar verib.