"Kəpəz" klubunda növbəti ayrılıq baş verib.
Sportliqa.az Fanat.Az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisinin idman direktoru Mehman Allahverdiyev postundan uzaqlaşdırılıb.
Əslində, bu, bir müddət əvvəl baş verib. Sadəcə nədənsə, rəhbərlik onun göndərilməsini rəsmən açıqlamır. Xəbəri bizə ötürən mənbə bunu, rəhbərliyin azarkeşlərin reaksiyasından çəkinməsi ilə izah edib.
Allahverdiyev yalnız “Kəpəz” klubunun İdarə Heyətində üzv kimi saxlanılıb. Qeyd edək ki, yerli azarkeşlərin sevimlisi olan, "qərb təmsilçisi"nin keşmiş uğurlarının səbəbkarı Mehman Allahverdiyev idarə heyətinə yayda üzv qəbul olunmuşdu. O, idman direktoru postunda 2022-ci ilin iyunundan çalışırdı.