"Kəpəz" futbol klubunda növbəti qalmaqal baş verib.
Sportliqa.az-ın məlumatına əsasən, gəncəli futbol veteranı Füzuli Allahverdiyev ilə klubun akademiyasına rəhbərlik edən Cabir İbrahimov əlbəyaxa olublar. Hadisə Gəncə şəhər stadionunda baş verib. Hadisə yerinə gələn polislər hər iki şəxsi bölməyə aparıb, izahat alıblar.
Qeyd edək ki, bir müddət əvvəl Füzuli Allahverdiyevin qardaşı Mehman Allahverdiyev "Kəpəz"in idman direktoru vəzifəsindən uzaqlaşdırılıb. Füzuli Allahverdiyev özü isə "Kəpəz"də qadın futboluna cavabdehdir.
Rüstəm