"Qarabağ" müdafiəçilərindən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin də əsas üzvlərindən birinə çevrilən Rahil Məmmədovla işbirliyinə davam etmək istəyir.
Məmmədovun müqavilə müddətinin bir illik artırılacağı gözlənilir.
27 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2024-cü il iyunun 30-na qədər qüvvədədir.
Adıçəkilən futbolçu 2018-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam klubundan əvvəl "Neftçi" və "Səbail" komandalarında da çıxış edib. "Qarabağ"da olduğu dönəmdə isə futbolçu "Zirə"də icarə əsasında oynayıb.
Sportal.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.