AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportliqa.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 73-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 25 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt-2” klubu 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Sumqayıt-2” komandasının 70 nömrəli futbolçusu Cavid Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Qəbələ-2” oyununun 90-cı dəqiqəsində “Qəbələ-2” komandasının 22 nömrəli futbolçusu Fərid İsgəndərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Qəbələ-2” komandası 200 manat cərimə edilib.