Premyer Liqanın 12-ci turunun "Qəbələ" ilə görüşü üçün səfərə yollanan "Neftçi"nin avtobusu qəza keçirib.
Sportliqa.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş verib. Qəza "Hyundai" markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib.
Hadisə nəticəsində hər iki tərəfdə xəsarət alan olmayıb. "Ağ-qaralar" daha sonra yoluna davam edib.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması 5 oktyabr tarixində saat 16:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.