"Səbail" Azərbaycan Premyer Liqasının 12-ci turunda doğma meydanda "Turan Tovuz"u qəbul edir.
Sportliqa.az xəbər verir ki, paytaxt təmsilçisi qarşılaşmada ciddi itki ilə üzləşib. Komandanın kapitanı Ağabala Ramazanov rəbib futbolçu Faiq Hacıyevlə toqquşub.
Çənəsindən zərbə alan 30 yaşlı hücumçu yerə yıxılıb. Həkimlər ona yardım etmək üçün dərhal meydana daxil olub. Təcrübəli forvard Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.