
Antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş Xankəndi şəhərindəki mərkəzi futbol stadionunda təmir-bərpa işlərinə start verilib.
Sportliqa.az modern.az-a istinadən xəbər verir ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb.
Onların Azərbaycan bayrağının rəngində olan oturacaqlarla əvəz ediləcəyi gözlənilir.
Sözügedən arenanın tutumu 15 min nəfərdir.
Bu yaxınlarda “Qarabağ” komandasının bu mövsüm bir və ya bir neçə oyununu Xankəndidə keçirəcəyinə dair məlumat yayılıb. Lakin bu məlumatları nə klub, nə də Gənclər və İdman Nazirliyi rəsmi şəkildə təsdiq edib.
“Qarabağ” rəhbərliyi bu yaxınlarda Xankəndidə olub, stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
<iframe width="660" height="450" src="//ok.ru/videoembed/6648288971433" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması