
“Bu məğlubiyyətdən sonra mənim üçün Gəncəyə qayıtmaq çətindir”. Sportliqa.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Tural Rzayev deyib.
O, Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən danışıb: “İllərdir komandadayam və hamı da məni tanıyır. İnanın ki, şəhərə necə çıxacağımı düşünürəm. Utandığımdan bilmirəm nə deyim. Marketə gedirsən, başqa yerə gedirsən, soruşurlar. “Qara zolaq”dayıq. Ümid edirik ki, düzələr. Heç bir problemimiz yoxdur, azarkeşlərlə də danışdıq, onlar da haqlıdırlar. Etiraz edirlər”.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması