Misli Premyer Liqasının 12-ci turunun “Kəpəz”lə oyununda het-trik müəllifi olan “Qarabağ”ın futbolçusu Yassin Benzia hər üç qolunu ilk 45 dəqiqədə vurub.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionatları tarixində fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub.
2021/22 mövsümündə İbrahima Vadji bunu bacarıb. O, 2022-ci il aprelin 15-də “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb. Benzia 568 gündən sonra eyni uğuru təkrarlayıb.
Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də Runi Eva “Neftçi”nin qapısına üç qol vurub. Həmin görüşdə “Turan Tovuz” 4:0 hesablı qələbə qazanıb.