
"Neftçi"nin kapitanı Emin Mahmudov atdığı addımla diqqət çəkib.
Sportliqa.az xəbər verir ki, o, "Qəbələ" ilə oyundan fotolarını instaqramda paylaşıb və "Növbəti 3 xal" yazıb. Onun postuna Rəşad adlı azarkeş bunu yazıb: “Kapitan, qazimiz var, iki gözünü itirib. “Neftçi” azarkeşidir, güclü oyunlara gəlir. Hansı oyuna gəlsə, forma verərsiniz?”
Emin Mahmudov cavablandırıb:
“İnşallah, millinin oyunundan sonra “Araz-Naxçıvan”la matçımıza gəlin, həll edəcəyəm”.
Emin Mahmudovun göstərdiyi diqqət böyük rəğbətlə qarşılanıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması