
Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə "Report"a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.
Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.
Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər "Turan"ın formasını geyinib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması