
"Neftçi" klubunda gözlənilməz ayrılıq baş verib.
Sportliqa.az xəbər verir ki, "Neftçi TV"nin əməkdaşı, tanınmış şərhçi İsmayıl Abdullayev klubun televiziyasından ayrılıb. O, bu barədə sosial şəbəkə hesabında xəbər yayıb:
"3 ildən artıq müddətdə çalışdığım "Neftçi"dən öz istəyimlə yolları ayırdım. Bu zaman kəsiyində daha fərqli təcrübə, praktika qazandım. Ən əsası, uşaqlıqdan fanatı olduğum klubda fəaliyyət göstərmək kimi şərəfə nail oldum. "Neftçi" və onun ailəsi, hər şeyə görə təşəkkürlər! Artıq işçisi olmasam da, flaqman həmişə ürəyimdədir".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması