
Türkiyə Superliqasının təmsilçisi "Ankaragücü"nün "Qarabağ"ın hücumçusu Redon Cica ilə maraqlanması barədə xəbər vermişdik.
Sportliqa.az Sportal.az-a istinadən xəbər verir ki, paytaxt klubu albaniyalı forvardı qışda icarəyə götürmək istəyir. Əgər bu baş verməsə, "Ankaragücü" Cicanı yayda transfer etməyə çalışacaq. Bunun üçün isə, həmin klub Superliqadakı yerini qorumalıdır.
Belə ki, Emre Belözoğlunun rəhbərlik etdiyi kollektiv yüksək liqada qalarsa, rəhbərlik yeni transferlər üçün xüsusi büdcə ayıracaq. Qışda Cicanı icarəyə götürmək planı reallaşmasa, yayda transfer üçün hərəkət edəcəklər. Hazırda adıçəkilən klub Superliqada 13 xalla 12-ci pillədədir.
2023-cü il yanvarın 24-də "Qarabağ"a keçən albaniyalı forvardın Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-da bitəcək. Cica "Laçi" və "Tirana"da da oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması