Misli Premyer Liqasının XIII turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Sportliqa.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu gün “Dalğa Arena”nın ehtiyat meydanında məşq keçib. Bir neçə fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra iki tərəfli oyunla hazırlığı yekunlaşdırıb.
Zədəli olan İqor Ribeira fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında fərdi məşq edib. Onun “Kəpəz”lə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu noyabrın 10-da “Dalğa Arena”da saat 19:00-da keçiriləcək. CBC Sportla canlı yayımlanacaq matçı stadiondan izləmək istəyən azarkeşlər üçün giriş sərbəst (biletsiz) olacaq.