"Kəpəz"i "Araz-Naxçıvan"la oyuna kim çıxaracaq?
07 Noyabr 2023 13:18
"Kəpəz"də baş məşqçi axtarışları davam edir.
Sportliqa.az xəbər verir ki, klubdan "Report"a verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.
Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri idi.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.