AFFA, PFL və Misli Premyer Liqa klublarının əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər” turnirinə yekun vurulub.
Sportliqa.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanan “Neftçi” finala vəsiqə qazanıb. Yarımfinalın digər qarşılaşmasında “Araz Naxçıvan” "Sabah"ı 5:1 hesabı ilə məğlub edib.
Həlledici görüşdə qarşılaşan "Araz Naxçıvan" və "Neftçi" komandalarının oyununda əsas vaxt heç-heçə nəticələnib - 3:3. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən "Araz Naxçıvan" turnirin qalibi olub. "Sumqayıt" isə "Sabah"ı 5:4 hesabı ilə məğlub edərək 3-cü olub.
Qalib komandaya kuboku veteran futbolçular - AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Şamaxı Regional Futbol Məktəbinin koordinatoru Vəli Qasımov birlikdə təqdim edib.