“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, “qırmızı-qaralar” 2-ci təsnifat mərhələsində ilk matçına çıxacaq.
Famil Xəlilovun yetirmələri Yunanıstan klubu “Olimpiakos”u qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.
Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.